Anqolanın bayramında Azərbaycan komandası
05.11.2008 - 15:23
Anqolanın bayramında Azərbaycan komandası
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Anqolanın müstəqillik gününə həsr olunan futbol turnirində Azərbaycan da təmsil olunacaq. “APA-Sport”un məlumatına görə, noyabrın 11-də milli bayramını qeyd edən afrikalılar ölkə xaricində də tədbirlər keçirəcək. ABŞ-da yaşayan anqolalıların təşəbbüsü ilə Hyuston şəhərində futbol komandaları arasında turnir təşkil olunacaq. Anqola mətbuatı Azərbaycanın da yarışda təmsil olunduğunu iddia edir: “Memorial Park”da keçirilən futbol turnirində Meksika, İspaniya, Qazaxıstan, Azərbaycan və BƏƏ komandaları da iştirak edəcək. Dördüncü dəfə keçirilən ənənəvi yarışda Luanda təmsilçisi 3 dəfə qalib olub”.
0