Berti Foqts təkzib edir
05.11.2008 - 15:53
Berti Foqts təkzib edir
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts Azərbaycanda çalışan həmkarlarının səviyyəsinin aşağı olması ilə bağlı ifadə işlətmədiyini bildirib. “APA-Sport”un məlumatına görə, almaniyalı mütəxəssis Belarusa yığmasının baş məşqçisi Bernd Ştangenin onun adından fikir söyləməsini təkzib edib.

Foqts AFFA-nın rəsmi İnternet saytına açıqlamasında Azərbaycanda çalışan bütün məşqçilərə böyük hörmətlə yanaşdığını deyib. O vurğulayıb ki, ölkəmizdə işləyən çalışdırıcıların peşəkarlığı haqda heç vaxt fikir söyləməz.

Bernd Ştange Rusiya mətbuatına müsahibəsində Foqtsun Azərbaycanda çalışan məşqçilərin səviyyəsindən şikayətləndiyini dilə gətirib. Ancaq indi məsələnin heç də belə olmadığı müəyyənləşib. Foqtsun AFFA-nın rəsmi İnternet saytına açıqlaması ya Ştangenin, ya da yazı müəllifinin yanlışlığa yol verdiyini üzə çıxarıb.
0