Ərgün Pənbə məşqçiliyə başladı
05.11.2008 - 17:20
Ərgün Pənbə məşqçiliyə başladı
Bakı. Kənan Həsənov - APA-Sport. “Qalatasaray” klubunun heyətində UEFA kubokunu və Superkuboku qazanan Ərgün Pənbə məşqçilik fəaliyyətinə başlayıb. “APA-Sport”un məlumatına görə, sabiq müdafiəçi Superliqada mübarizə aparan “Hacettəpə”nin məşqçilər korpusunda yer alacaq.

Ərgün bu gün baş məşqçi postuna təsdiqlənən Ərdoğanın Arıcanın köməkçilərindən biri olacaq. “Qalatasaray”ın heyətində bir neçə dəfə Türkiyə çempionu olan Pənbə futbolçu karyerasına ötən mövsüm “Qaziantepspor” klubunda nöqtə qoymuşdu.
0