Nesta karyerasını bitirir
05.11.2008 - 18:49
Nesta karyerasını bitirir
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Milan” klubunun müdafiəçisi Alessandro Nesta karyerasını bitirir. Məşhur futbolçu aldığı zədə ucbatından 32 yaşında arzuolunmaz vəziyyətlə üzləşib. Artıq bir neçə ildir onurğa sütununda ağrılardan əziyyət çəkən müdafiəçi bir sıra vacib oyunlarda iştirak etməyib. Artıq bundan bezən Alessandro yaxın vaxtlarda karyerasını bitirməyi düşünür. Hələlik italyan futbolçunu okeanın o tayına səfər gözləyir. ABŞ-nın Florida şəhərinə müayinəyə yollanacaq Nestanın cərrahiyyə əməliyyatı olunması qaçılmaz olarsa, bu, müdafiəçinin bir daha oynamayacağı ilə bağlı “Milan”ın və bütün italyan azarkeşlər üçün üzücü xəbər olacaq.
0