Araqonesə vurulan kimdir?
06.11.2008 - 13:40
Araqonesə vurulan kimdir?
Bakı. Kənan Həsənov - APA-Sport. “Hər gün keçmişlə müqayisə olunaraq yaşaya bilmərik”. “APA-Sport”un məlumatına görə, bu sözləri İspaniya yığmasının baş məşqçisi Visente Del Bosqe söyləyib.

Təcrübəli mütəxəssis İspaniyaya sonuncu Avropa çempionatının qızıl medallarını qazandıran, hazırda isə “Fənərbaxça”nı çalışdıran sələfi Luis Araqones haqda yüksək fikirdə olduğunu bildirib: “Luisə heyranam. İspaniya futbolunun onun kimi mütəxəssislə önəmli uğur qazanması məni çox sevindirdi”.

Del Boske “Fənərbaxça”da işləri yaxşı getməyən həmkarına həmişə dəstək verdiyini də qeyd edib.
0