Samir Əliyev “Qarabağ”ı tanımır
06.11.2008 - 14:19
Samir Əliyev “Qarabağ”ı tanımır
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Çalışacağıq ki, “Qarabağ”la matçda da qələbə qazanaq. Bunun üçün əlimizdən gələni edəcəyik”. Bu sözləri “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun futbolçusu Samir Əliyev deyib.

29 yaşlı hücumçunun fikrincə, ölkə kubokunun 1/8 final mərhələsində qazanılan ardıcıl qələbələrin “Qarabağ”la Premyer Liqa oyunu ərəfəsində rəsmiləşməsi komandaya müsbət təsir edəcək: “Bu il “Qarabağ”ın oyunlarını izləmədiyim üçün rəqib haqda nə isə danışmağa çətinlik çəkirəm. Hər halda, uda da bilərik. Uduzmağımız da istisna deyil. Təbii ki, “Qarabağ” MOİK deyil. Lakin “hərbçilər” üzərində qazandığımız qələbələr əsas heyətin gənc futbolçularında özünə inam hissi yaradıb. Təcrübəli oyunçuların getməsindən sonra əsas komandaya cəlb olunan gənclər üçün bu qələbələr çox vacib idi”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu noyabrın 8-də keçiriləcək.


0