Azərbaycan kubokunun ¼ finalçıları müəyyənləşdi
06.11.2008 - 15:59
Azərbaycan kubokunun ¼ finalçıları müəyyənləşdi
Öz meydanında debütant “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirən bakılılar bu dəfə rəhmli olub. Oyunun ilk hissəsində rəqibin müqaviməti ilə üzləşən “Bakı” hər üç qolu fasilədən sonra vurub. “Xəzər-Lənkəran” isə Salyanın NBC klubunun yeni adla “siftə”sini korlayıb. “Muğan” ölkə kubokunun qalibinə hər iki görüşdə eyni hesabla uduzub. Mərhələ adlamaq vəzifəsini hələ ilk oyunda yerinə yetirən “Bakı” və “Xəzər-Lənkəran” ¼ finalda üz-üzə gələcəklər. ¼ finalın sonuncu iştirakçısı son Azərbaycan çempionu “İnter” klubu olub. Ötən mövsüm kubokun finalında iştirak edən paytaxt təmsilçisi həmşəhərliləri “Standard”ı cavab görüşündə məğlub edib

Azərbaycan kuboku, 1/8 final mərhələsi

“Spartak” – “Simurq” – 0:8 (ilk oyun – 1:7)
“Turan” – “Qəbələ” – 1:2 (1:2)
“Karvan” – “Olimpik” – 0:1 (0:1)
MOİK – “Neftçi” – 0:3 (1:2)
“Bakılı” – “Qarabağ” – 0:0 (0:3)
“Qafqaz Universiteti” – “Bakı” – 0:3 (ilk oyun – 0:10)
“Muğan” – “Xəzər-Lənkəran” – 0:3 (0:3)
“Standard” – “İnter” – 1:2 (2:2)

Qeyd edək ki, ¼ final mərhələsinin görüşləri gələn ilin martın 4-5-də və 11-12-də keçiriləcək. “İnter” “Simurq”, “Qəbələ” “Olimpik”, “Xəzər-Lənkəran” “Bakı”, “Qarabağ” “Neftçi” ilə görüşəcək. İlk oyunlar adı birinci göstərilən komandanın meydanında keçiriləcək.
0