Aftandil Hacıyev: “Neftçi”də baş verənlər yaxşı hal deyil”
06.11.2008 - 16:04
Aftandil Hacıyev: “Neftçi”də baş verənlər yaxşı hal deyil”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Neftçi”də baş verənlər heç də yaxşı hal deyil. Düzdür, komandadakı vəziyyətlə yaxından tanış deyiləm. Lakin futbolçularının komandadan ayrılmasını yaxşı əlamət saymaq olmaz”. Bu sözləri “APA-Sport”a açıqlamasında Bakının “Neftçi” klubunun sabiq müdafiəçisi Aftandil Hacıyev deyib.

Hazırda Ağdam “Qarabağ”ında çıxış edən 27 yaşlı futbolçu iki gün sonra sabiq komandası ilə qarşılaşacaq: “Komanda daxilində baş verənlərdən asılı olmayaraq, “Neftçi” elə “Neftçi”dir. Bir sıra aparıcı futbolçularının komandadan kənarlaşdırılmağını da özümüz üçün üstünlük saymıram. Son oyunlar göstərdi ki, “Neftçi” uğursuzluq zolağından çıxa bilib. Elə bunun nəticəsi idi ki, MOİK-i hər iki oyunda məğlub etdilər. Rəqibimizin hücum xəttindəki problemləri isə ifaçıların zəifliyi ilə bağlamazdım. Komandanın oyunu alınmırdı ki, qol vura bilmirdilər”.
0