Futbolçu hakimə sarı vərəqə göstərdi - FOTO
06.11.2008 - 16:25
Futbolçu hakimə sarı vərəqə göstərdi  - FOTO
Bakı. Kənan Həsənov – APA-Sport. Cənubi Amerikanın qitə miqyaslı turnirində maraqlı hadisə yaşanıb. “APA-Sport”un məlumatına görə, “Botafoqo” (Braziliya) və “Estudiantes” (Argentina) klublarının görüşündə futbolçu hakimə vərəqə göstərib.

Hadisə oyunun ikinci hissəsində qeydə alınıb. Belə ki, baş hakim meydan sahiblərinin bərabərlik qolunu vuran Andre Luizi qayda pozuntusuna görə meydandan qovub. Bu qərara etiraz edən futbolçu isə əlini referinin cibinə ataraq ona sarı vərəqə göstərib.

Qeyd edək ki, argentinalılar 2:0 hesabı ilə önə çıxsalar da, görüş heç-heçə başa çatıb.
0