“Simurq” üçüncü oldu
06.11.2008 - 16:36
“Simurq” üçüncü oldu
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Zaqatalanın “Simurq” klubu Azərbaycan kubokunun tarixinə düşüb. “APA-Sport”un məlumatına görə, ölkə kubokunun 1/8 final mərhələsində “Spartak”ı ümumi hesabda 14 top fərqi ilə (15:1) üstələyən Roman Pokoranın yetirmələri yarışların tarixində üçüncü nəticəyə imza atıb. “Şəfa”nın 21 və 17 top fərqi ilə rəqiblərini darmadağın etdiyi nəticələrdən xeyli geri qalan “Simurq” “Xəzər-Lənkəran”ın üç il əvvəlki nəticəsini təkrarlayıb.
İlk oyunda “Qafqaz Universiteti”nin qapısından 10 qol keçirən “Bakı” isə cavab görüşündə rekord həvəsində olmayıb. Bu dəfə 3:0 hesabı ilə qalib gələn paytaxtın eyni adlı təmsilçisi bu mərhələni 13 top fərqi ilə keçib. Bu kubok tarixinin 5-ci nəticəsi olsa da daha 4 komanda da eyni uğura imza atıb.

Ölkə kubokunun ən böyük qələbələri (iki oyunun cəmində)

2003/04

“Şəfa” – “Lider-Qarabağ”

22:1

1997/98

“Şəfa” - HHQ

19:2

2005/06

“Xəzər-Lənkəran” – “Şərur”

14:0

2008/09

“Simurq” – “Spartak”

15:1




0