Azərbaycan çempionunun futbolçusu yığmaya çağırılmadı
06.11.2008 - 18:37
Azərbaycan çempionunun futbolçusu yığmaya çağırılmadı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubunda forma geyinən Andrey Rubin Latviya yığmasının heyətindən kənarda qalıb. “APA-Sport”un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi noyabrın 12-də Estoniya ilə səfərdə qarşılaşacaq komandasının heyətinə dəvət olunmayıb. Ayın 19-da Azərbaycanla qarşılaşmalı olan, lakin Bakıya gəlməkdən imtina edən Rubinin həmyerliləri məcburiyyətdən yoxlama matçını bir həftə əvvəl keçirməyə razı olmuşdu. Tallində baş tutacaq qarşılaşma FİFA-nın yoldaşlıq oyunları üçün müəyyənləşdirdiyi gündə keçirilmədiyindən baş məşqçi Aleksandr Starkov legionerlərin hamısını komandaya dəvət edə bilməyib.
Qeyd edək ki, Latviyadan fərqli, millimiz noyabrın 19-da görüşmək üçün rəqib tapa bilib. Həmin gün yığmamız Bakıda Albaniyanı qəbul edəcək.


0