Maradona İspaniyada Messi ilə görüşəcək
06.11.2008 - 18:54
Maradona İspaniyada Messi ilə görüşəcək
Bakı - APA-Sport. Dünya futbolunun canlı əfsanəsi, Argentina milli komandasının yeni baş məşqçisi Dieqo Armando Maradona İspaniyaya təşrif buyurub. “APA-Sport”un məlumatına görə, səfərdə əsas məqsəd “Barselona”nın şərəfini qoruyan argentinalı yarımmüdafiəçi Lionel Messi ilə görüşməkdir.

Maradona noyabrın 5-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Madriddə keçirilən “Real” - “Yuventus” oyununu izlədikdən sonra bu gün Barselonaya gedib. O, özünün davamçısı saydığı Messinin durumu ilə maraqlanacaq, futbolçuya məsləhət və tövsiyələrini verəcək. İstənilən halda, 21 yaşlı yarımmüdafiəçi noyabrın 19-da Şotlandiya yığmasına qarşı yoldaşlıq matçında forma geyinməyəcək.

Həmçinin, Maradona “Barselona” klubunun prezidenti Xuan Laporta ilə də görüşəcək. Korifey futbolçunun İspaniya və Avropanın digər ölkələrinə səfəri Argentina milli komandasının üzvləri ilə tanışlıq xarakteri daşıyır.
0