Laşenkovla Savinov mini-turnirdə oynayacaqlar
06.11.2008 - 19:10
Laşenkovla Savinov mini-turnirdə oynayacaqlar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” və “Olimpik” klublarının futbolçuları beynəlxalq turnirdə təmsil olunacaqlar. “APA-Sport”un məlumatına görə, paytaxt təmsilçilərinin Moldova milli komandasına çağırılan oyunçuları Litva və Estoniya yığmalarının da iştirak etdiyi mini-turnirdə mübarizə aparacaq. Belə ki, “Olimpik”də çıxış edən Sergey Laşenkov və “Bakı”nın futbolçusu Aleksey Savinov Moldova milli komandasına dəvət olunub. Üç komandanın iştirakı ilə Estoniyada keçiriləcək turnir noyabrın 18-dən 22-dək davam edəcək.
0