Sxadadze: “Uşaq səhvləri buraxdıq”
06.11.2008 - 19:31
Sxadadze: “Uşaq səhvləri buraxdıq”
Bakı. Kənan Həsənov - APA-Sport. Bakının “Standard” klubunun baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun 1/8 finalında “İnter”ə məğlubiyyətin səbəbi kimi müdafiə xəttində buraxılan kobud səhvləri göstərib. “APA-Sport”un məlumatına görə, gürcü mütəxəssis bu açıqlama ilə oyundan sonra təşkil olunan mətbuat konfransında çıxış edib.

“Rəqib layiqli qələbə qazandı. Bu oyunun taleyini rəqib futbolçuların ustalığı və təcrübəsi həll etdi. Təəssüf ki, yetirmələrim ilk görüşdəki oyunu göstərə bilmədilər. Buraxdığımız uşaq səhvləri yekun nəticədə əksini tapdı” - deyə Sxadadze bildirib.

Qeyd edək ki, ilk oyunda “İnter”lə heç-heçə edən (2:2) “Standard” cavab matçında meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılaraq Azərbaycan kubokunda mübarizəni dayandırıb.


0