“Neftçi” “Rubin”lə qarşılaşa bilər
07.11.2008 - 11:11
“Neftçi” “Rubin”lə qarşılaşa bilər
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Neftçi” Rusiyanın Primorsk vilayətində təşkil olunan mini-futbol turnirində iştirak edəcək. “APA-Sport”un məlumatına görə, sabah Vladivostokda start götürəcək yarışda vilayətdə yaşayan xalqların milli-mədəni ictimai birliklərinin komandaları iştirak edəcək. Primorsk vilayətindəki azərbaycanlıların ictimai təşkilatı olan “Dostluq” turnirdə öz komandası ilə təmsil olunur. Azərbaycan diasporu yarışda “Neftçi” adı altında çıxış edəcək. “Neftçi” ilə yanaşı, turnirə “Rubin”, “İnter”, “Asiya”, Drujba“, “Ukrayna”, “Naxodka”, “Vosxod” və “Rosinka” komandaları qatılacaq.


0