Qarşılıqlı sindromlar
07.11.2008 - 12:33
Qarşılıqlı sindromlar
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan iki həftəlik fasilə başa çatır. “APA-Sport”un məlumatına görə, çempionatın X turunda bir sıra maraqlı görüşlər keçiriləcək ki, vahid lider “Xəzər-Lənkəran” ardıcıl ikinci dəfə ən yaxın izləyicisini sınağa çəkəcək.

Ötən tur səfərdə paytaxtda “Bakı” ilə qolsuz heç-heçə edən lənkəranlılar bu dəfə “İnter”i qonaq edəcək. “Xəzər-Lənkəran” qələbə qazanacağı halda, rəqibini ilk məğlubiyyətlə barışdıracaq. Çünki çempion cari mövsümdə uduzmayan yeganə komandadır. Paytaxt klubu üçün indiyədək Lənkəran səfərləri həmişə uğursuz olub. Təsadüfi deyil ki, “İnter” indiyədək heç vaxt Lənkəranda qələbə qazana bilməyib. “Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Kara üçünsə “İnter”lə görüş uğursuz alınır. Belə ki, türkiyəli mütəxəssis nə “Xəzər-Lənkəran”, nə də “Qarabağ”ı çalışdırdığı vaxtda bu komanda məğlub edə bilib.

Turun digər maraqlı qarşılaşması “Qarabağ”la “Neftçi” arasında olacaq. Burada da əsas məqam meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovla bağlıdır. Qurbanov uzun illər çıxış etdiyi, heyətində Azərbaycan çempionu olduğu, ölkə kubokunu qazandığı “Neftçi” ilə qarşılaşacaq. O, futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə məhz “Neftçi”də başlayıb. 2006/07 mövsümündə flaqmanı Azərbaycan çempionatının gümüş medalçısı edib. Bu dəfə isə keçmiş komandasına qarşı ilk dəfə məşqçi kimi çıxacaq.

Az.TV qarşıdakı turda üç oyunu, “Qarabağ” - “Neftçi”, “Bakı” – “Qəbələ” və “Xəzər-Lənkəran” – “İnter” görüşünü canlı yayımlayacaq.

8 noyabr

Saat 14:00. “Karvan” – MOİK

Yevlax. Şəhər stadionu. Baş hakim: Elçin Məmmədov

Saat 14:15. “Qarabağ” – “Neftçi”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Baş hakim: Rövşən Əhmədov

Saat 15:00. “Olimpik” – “Turan”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Anar Salmanov

9 noyabr

Saat 14:00. “Bakılı” – “Muğan”

Bakı. Zabrat qəsəbə stadionu. Baş hakim: Babək Quliyev

Saat 15:00. “Bakı” – “Qəbələ”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Vüsal Əliyev

Saat 18:00. “Standard” – “Simurq”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Azad Mütəllimov

Saat 18:00. “Xəzər-Lənkəran” – “İnter”
Lənkəran. Şəhər stadionu. Baş hakim: Anar Niyazov

komandalar

o

q

h

m

t

x

1

Xəzər-Lənkəran

9

7

1

1

18-3

22

2

İnter

9

6

3

0

17-4

21

3

Bakı

9

6

2

1

16-4

20

4

Simurq

9

6

2

1

13-5

20

5

Karvan

9

6

1

2

13-6

19

6

Qarabağ

9

5

1

3

11-10

16

7

Olimpik

9

3

4

2

8-8

13

8

Standard

9

3

2

4

7-11

11

9

Qəbələ

9

3

1

5

13-10

10

10

Neftçi

9

2

3

4

7-7

9

11

Muğan

8

1

1

6

6-14

4

12

MOİK

8

1

0

7

2-17

3

13

Turan

9

0

3

6

3-17

3

14

Bakılı

9

0

2

7

5-23

2



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 9, Valter Quqlemon (“İnter”), Amiran Muciri (“Bakı”), Nidal Fərhatoviç (“Qarabağ”) – 5.
0