Zaytsev: “Sudostroitel”dən Azərbaycan yığmasına!
07.11.2008 - 12:48
Zaytsev: “Sudostroitel”dən Azərbaycan yığmasına!

Dağıstanlı futbolçu karyerasını Mahaçqalanın “Sudostroitel” klubunda başlayıb. Ötən il Rusiya həvəskarlar liqasının cənub zonasında yarışan Mahaçqala “Dinamo”sunun şərəfini qoruyan Mixail qışda bu komandanı tərk edib. Peşəkar səviyyədə debüt etmək üçün Dağıstanın digər klubuna üz tutan Zaytsev Kaspiyskə yollanıb. Bu şəhərin “Daqdizel” komandası Rusiya çempionatının ikinci dəstəsində çıxış etdiyindən Mixail karyerasını orada davam etdirməyə qərar verib.

Zaytsev yeni komandasında bu ilin aprelində debüt edib. Rusiya kubokunda ilk matçında əvəzlənmədən meydanda olan dağıstanlı futbolçu çempionatdakı debütünü bir ay gözləyib. Yarım il əvvəl ikinci dəstədə ilk matçına çıxan Mixail uzun müddət oyundaşlarını əvəz etməklə məşğul olub. Yalnız son turlar start heyətə düşməyə başlayan yarımmüdafiəçi ötən ay əvəzolunmadan meydanda olduğu qarşılaşmalar da olub.

Ümumilikdə, mövsümün 11 çempionat oyununda iştirak edən futbolçu 441 dəqiqə iş başında olub. Yarımmüdafiəçi nə qol, nə də vərəqə ilə fərqlənib. İkinci dəstənin Cənub zonasında keçirdiyi 34 oyundan 46 xal toplayan “Daqdizel” 18 komanda arasında 7-ci yeri tutub.

Qeyd edək ki, Zaytsevlə çıxış etdiyi Kaspiysk təmsilçisinin heyətində Azərbaycan yığmasının sabiq oyunçusu Əhməd Qurbanov və “Bakı-2”də oynamış Qazımaqamey Yaqubov da yer alıb.


0