Yunisoğluna şirin vədlər
07.11.2008 - 14:11
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun xidmətində maraqlı olan Polşanın LKS klubu həmyerlimizə şirin vədlər verməkdən çəkinmir. “APA-Sport”un məlumatına görə, Lodz təmsilçisinin baş məşqçisi
Marek Çoynaçki müsahibəsində Varşavanın “Poloniya” klubundan transfer etmək istədikləri oyunçuların perspektivi haqda fikirlərini bildirib. Mütəxəssis güclülər dəstəsində qalmağa çalışan komandasının müdafiə xəttini gücləndirəcək Yunisoğlunun heyətdə yerinin təmin olunacağını düşünür: “Saşa Yunisoğlu və Mariuş Zasada “Poloniya”da heyətə düşə bilmir. Lakin komandamıza keçəcəkləri halda, onlar müntəzəm olaraq meydana çıxacaqlarına bel bağlaya bilər”.
Qeyd edək ki, bu yay “Qrotslin”lə “Poloniya”nın birləşməsindən sonra özü üçün yeni olan komandada çıxış etməli olan Yunisoğlu Varşava təmsilçisində debüt etməyib.

- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0