“Neftçi”nin udan günü var ki!?”
08.11.2008 - 18:32
“Neftçi”nin udan günü var ki!?”
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Azərbaycan Premyer Liqasında X turun oyunları start götürüb. “APA-Sport”un məlumatına görə, günün ən maraqlı qarşılaşması “Qarabağ” və “Neftçi” arasında olub. Tarixinin ən ağır dövrünü yaşayan flaqman bu dəfə də qələbə qazana bilməyib.

Paytaxt komandası 3 xalı son saniyələrdə əldən verib. “Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyevin uzatma dəqiqələrində vurduğu qol “Neftçi”ni səfər qələbəsindən məhrum edib. Hans-Yurgen Gedenin rəhbərlik etdiyi kollektiv Premyer Liqanın son 7 turunda cəmi 1 qələbə qazanıb. Sentyabrdan bəri bakılıların dadına MOİK çatıb. Flaqman arxada qalan müddətdə “hərbçilər”ı kubok yarışı da daxil olmaqla, 3 dəfə məğlub edib, qalan rəqiblərinə isə bata bilməyib.

Həmçinin, bu gün “Karvan” və “Olimpik” çətinlik çəkmədən növbəti qələbələrini rəsmiləşdiriblər. Nəticədə Yevlax klubu turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Sabah keçiriləcək “Xəzər-Lənkəran” - “İnter”, “Bakılı” - NBC, “Standard” - “Simurq” və “Bakı” - “Qəbələ” görüşləri ilə X tura yekun vurulacaq.


“Qarabağ” - Neftçi” - 1:1
İmaməliyev, 90+1 - Baxşiyev, 23.

“Olimpik” - “Turan” - 3:0
Laşenkov, 28 (pen.); Junivan, 59; Müqədi, 85.

“Karvan” - MOİK - 2:0
Doroş, 16; Nadirov, 41.

1.“Xəzər-Lənkəran” 22, 2.“Karvan” 22, 3.“İnter” 21, 4.“Bakı” 20, 5.“Simurq” 20, 6.“Qarabağ” 17, 7.“Olimpik” 16, 8.“Standard” 11, 9.“Qəbələ” 10, 10.“Neftçi” 10, 11.“Muğan” 4, 12. MOİK 3, 13.“Turan” 3, 14.“Bakılı” 2.

Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 9 qol, Valter Quqlemon (“İnter”), Amiran Muciri (“Bakı”), Nidal Fərhatoviç (“Qarabağ”) – 5 qol.


0