“Araz” UEFA kubokuna qələbə ilə başladı
09.11.2008 - 00:53
“Araz” UEFA kubokuna qələbə ilə başladı
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə Azərbaycan çempionu “Araz” UEFA kuboku uğrunda yarışın elit mərhələsinə uğurla başlayıb. “APA-Sport”un məlumatına görə, komandamız Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən elit mərhələnin C qrupu çərçivəsində ilk görüşdə qələbə qazanıb. Böyükağa Hacıyevin yetirmələri elə xorvatiyalıları məğlub ediblər.

Belə ki, “Araz”ın “qurban”ı Xorvatiya çempionu “Nasional” olub - 4:3. Futzalçılarımız ilk 11 dəqiqədə rəqib qapısına 3 dəfə yol tapıblar. Seymur Məmmədov (6-cı dəqiqə) və Serjao (9-cu və 11-ci dəqiqələrdə) fərqləniblər. Lakin sonradan təşəbbüsə yiyələnən “Nasional” buraxılan qollardan ikisinin əvəzini çıxıb. Görüşün son dəqiqəsində tərəflər hərəyə daha bir qol vurublar. “Araz”ın axırıncı qoluna Ağatahir Əzimov imza atıb.

Qrupun digər matçında Rusiya “Dinamo”su Rumıniyanın ən güclü klubu sayılan “Odorheu”ya eyni hesabla qalib gəlib. Bu gün “Araz” “Dinamo”nu sınağa çəkəcək. Təqvimə əsasən, futzalçılarımız noyabrın 11-də “Odorheu” ilə qarşılaşacaqlar. Yalnız qrup qalibi növbəti mərhələyə vəsiqə qazanacaq.
0