“Fənər” “Qalatasaray”ı “söndürdü”
09.11.2008 - 22:57
“Fənər” “Qalatasaray”ı “söndürdü”
Bakı - APA-Sport. Türkiyə Superliqasında ilin ən möhtəşəm derbilərindən biri baş tutub. “APA-Sport”un məlumatına görə, İstanbulun “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça” “Qalatasaray”ı sınağa çəkib. Oyuna fəal başlayan “Qalatasaray”ın elə birinci hücumu qolla nəticələnib. Belə ki, Linkoln 2-ci dəqiqədə hesabı açıb. Amma qonaqların sevinci uzun çəkməyib. Cəmi 4 dəqiqə sonra Səlcuk tarazlığı bərpa edib. Hissənin ortalarında “Fənərbaxça” hesabda önə keçib. “Sarı-qırmızılı” komandadan Əmrə Aşık fərqlənsə də, o, qapıların yerini səhv saldığından avtoqola imza atıb.

İkinci hissədə də meydan sahiblərinin hücumlarının ardı-arası kəsilməyib. Bunun məntiqi nəticəsidir ki, “Fənərbaxça” yekunda 4:1 hesablı qələbə qazanıb. Fasilədən sonra Luqano (50-ci dəqiqə) və Deyvid de Souza (93-cü dəqiqə) fərqlənib.

“Fənərbaxça” – “Qalatasaray” – 4:1
Səlcuk, 7; Əmrə Aşıq, 28(avtoqol); Luqano, 48; Deyvid, 90+3 – Linkoln, 2

“Beşiktaş” – “Kocaelispor” – 5:2
Nobre, 30; 70; Holosko, 43; Delqado, 67; Bobo, 90 – Taner, 15; Semavi, 16.

“Trabzonspor” – “Hacettepe” – 1:0
Kolman, 41.

“Antalyaspor” – “Sivasspor” – 2:1
Sergey, 36; Orhan Ak, 70 – Mehmet Yıldız, 47.

“Konyaspor” – “Gənclərbirliyi” – 2:2
“Cəlaləddin, 59; Ərdal, 68 – Mustafa, 82; Burhan, 90+3.

“Ankaraspor” – “Əskişəhərspor” – 2:0
Konate, 89, Mehmet Çakır, 90

“Qaziantepspor” – “İstanbul BB” – 1:4
Tabata, 74 (penaltiylə) – Gülpınar, 10; Efe, 33; İbrahim Akın, 41; Ərman Kılıc, 85.

“Dənizlispor” – “Kayserispor” – 1:0
Roberts, 45.

“Ankaragücü” – “Bursaspor” – 1:1
Ərdoğan, 50 – Romaşenko, 73

1

Trabzonspor

10

7

2

1

17-9

23

2

Ankaraspor

10

7

1

2

18-7

22

3

Beşiktaş

10

6

3

1

20-9

21

4

Sivasspor

10

5

3

2

17-10

18

5

Qalatasaray

10

5

2

3

23-15

17

6

Kayserispor

10

5

2

3

11-6

17

7

Fənərbaxça

10

5

1

4

22-16

16

8

Bursaspor

10

5

1

4

15-16

16

9

Qaziantepspor

10

4

2

4

14-16

14

10

Konyaspor

10

4

2

4

14-17

14

11

Əskişəhərspor

10

3

4

3

13-14

13

12

İstanbulspor

10

3

3

4

11-14

12

13

Dənizlispor

10

3

2

5

12-17

11

14

Gənclərbirliyi

10

2

4

4

13-17

10

15

Antalyaspor

10

2

2

6

14-20

8

16

Hacettepe

10

2

2

6

7-14

8

17

Ankaragücü

10

1

4

5

9-17

7

18

Kocaelispor

10

0

2

8

10-26

2



Bombardir: Mehmet Yıldız (“Sivasspor”) – 9.
0