Samir “Mançester Yunayted”i təkbaşına devirdi
10.11.2008 - 11:00
Samir “Mançester Yunayted”i təkbaşına devirdi
Bakı. Mehman Süleymanov – APA-Sport. İngiltərə Premyer Liqasında XII turun oyunları keçirilib. “APA-Sport”un məlumatına görə, turun mərkəzi oyununda əzəli rəqiblər olan “Arsenal”la “Mançester Yunayted” görüşüb. Londonda baş tutan oyunun qəhrəmanı Fransa yığmasının da şərəfini qoruyan Samir Nəsri olub. “Arsenal”ın yayda transfer etdiyi gənc yarımmüdafiəçi son vaxtlar qələbə üzünə həsrət qalan komandasına vacib 3 xal qazandırıb. Bu qələbə sayəsində londonlular “Mançester Yunayted”i turnir cədvəlində qabaqlayaraq, 3-cü pilləyə yüksəlib. Londonun digər təmsilçisi olan “Çelsi” isə liderliyini qoruya bilib. Samirin yığmadakı komanda yoldaşı Nikolya Anelka da bu tur “dubl” edib və bombardirlər yarışında liderliyini qoruyub. Son turda “dubl” edənlər arasında Türkiyə yığmasının futbolçusu Tuncay Şanlı da var. 26 yaşlı hücumçu ikinci mövsümdür şərəfini qoruduğu “Midlsbro”ya səfər qələbəsi qazandırıb.

“Arsenal” – “Mançester Yunayted” – 2:1
Nəsri, 22, 48 – Rafael, 90

“Mançester Siti” – “Tottenhem” – 1:2
Robinyo, 16 – Bent, 29, 64

“Blekbern” – “Çelsi” – 0:2
Anelka, 39, 68

“Aston Villa” – “Midlsbro” – 1:2
Siduell, 37 – Tuncay Şanlı, 34, 88

“Fulhem” – “Nyukasl” – 2:1
Conson, 23, Mörfi, 66-pen – Ameobi, 57

“Liverpul” – “Vest Bromviç” – 3:0
Robbi Kin, 34, 43, Arbeloa, 90

“Viqan” – “Stok Siti” – 0:0

“Vest Hem” – “Everton” – 1:3
Kollison, 63 – Leskott, 82, Saha, 85, 87

“Hall Siti” – “Bolton” – 0:1
Teylor, 50

“Sanderlend” – “Portsmut” – 1:2
Sisse, 4 – Belhac, 51, Defo, 90-pen

N

Komanda

O

Q

H

M

T

X

1

Çelsi

12

9

2

1

29-4

29

2

Liverpul

12

9

2

1

19-8

29

3

Arsenal

12

7

2

3

25-13

23

4

Mançester Yunayted

11

6

3

2

20-10

21

5

Aston Villa

12

6

2

4

20-16

20

6

Hall Siti

12

6

2

4

17-19

20

7

Everton

12

5

3

4

18-20

18

8

Midlsbro

12

5

2

5

13-17

17

9

Portsmut

12

5

2

5

13-18

17

10

Fulhem

11

4

2

5

10-10

14

11

Bolton

12

4

2

6

11-13

14

12

Stok Siti

12

4

2

6

13-19

14

13

Mançester Siti

12

4

1

7

24-20

13

14

Vest Hem

12

4

1

7

16-22

13

15

Blekbern

12

3

4

5

13-22

13

16

Tottenhem

12

3

3

6

15-18

12

17

Viqan

12

3

3

6

13-16

12

18

Nyukasl

12

3

3

6

15-20

12

19

Sanderlend

12

3

3

6

10-18

12

20

Vest Bromviç

12

3

2

7

10-21

11



Bombardir: Anelka (“Çelsi”) – 10
0