“Bakılı” 45 aydan sonra qələbə qazandı
10.11.2008 - 12:00
“Bakılı” 45 aydan sonra qələbə qazandı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakılı” cari mövsüm Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb. “APA-Sport”un məlumatına görə, paytaxt təmsilçisi çempionatın yüksək dəstəsində sonuncu qələbəsini 2004/05 mövsümündə qazanmışdı. Premyer Liqanı tərk etdiyi mövsümün 18-ci turunda rəqib meydanında “MKT-Araz”ı məğlub edən bakılılar həmin birinciliyin meydana çıxdığı növbəti 15 qarşılaşmasında da qələbəyə həsrət qalıb.
Düzdür, “Şəfa” dağıldığı üçün komandaya bir dəfə üç xal verilib. Lakin həmin qarşılaşma keçirilməyib. 2005-ci il fevralın 12-də minimal hesabla rəqibini üstələyən “Bakılı” cari mövsümün də ilk 9 oyununda qalib gələ bilmirdi. X turun “Muğan”la görüşündə 3:2 hesabı ilə üstün olan paytaxt futbolçuları 45 ay davam edən 24 matçlıq qələbə həsrətinə son qoyub.
Qeyd edək ki, “Bakılı” da ilk qələbəsini qazandıqdan sonra Premyer Liqada qalib gəlməyən yalnız bir komanda – “Turan” qalıb.
0