Azərbaycan çempionu dünyada 9-cu yerdədir
10.11.2008 - 15:13
Azərbaycan çempionu dünyada 9-cu yerdədir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubu Azərbaycan Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. “APA-Sport”un hesablamalarına görə, paytaxt təmsilçisi sonuncu dəfə avqustun 30-da “Qəbələ” ilə qarşılaşmada xal itirib. Həmin görüşdəki heç-heçədən (1:1) sonra Valentin Xodukinin yetirmələri qələbələri sıralayır.
Dünyanın 126 liqasında çıxış edən 1904 komanda arasında yalnız 8-nin davam edən qələbə seriyası “İnter”in göstəricisindən uzundur. Hazırda ən uzun qələbə seriyaları Ukrayna “Dinamo”su və Hollandiyanın aşağı dəstəsində çıxış edən “Venlo”ya məxsusdur. Bu komandalar ardıcıl 10 görüşdür itkisiz irəliləyir. Bakılılar kimi daha 3 komanda da son 6 matçda qalib gəlib.


0