AFFA rəsmiləri “Ştutqart” - “Partizan” matçında
10.11.2008 - 15:54
AFFA rəsmiləri “Ştutqart” - “Partizan” matçında
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın Ştutqart şəhərində kütləvi futbol həsr olunmuş seminar keçirilib. “APA-Sport”un məlumatına görə, 3 günlük tədbirdə AFFA nümayəndələri də iştirak ediblər. Seminara AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov, baş katibin müavini Elxan Əsədov, Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnirlərin Keçirilməsi Departamentinin əməkdaşı Xalid Novruzov, Lisenziyalaşdırma Qrupunun idman meyarları üzrə eksperti Elçin Məmmədov, həmçinin Marketinq və Reklamlar Departamentinin əməkdaşı Elçin Cəfərov qatılıb.

Həmyerlilərimizə kütləvi, qadın, korlar futbolu ilə bağlı mühazirə oxunulub. Belə yarışların təşkili və keçirilməsi, futbolun kütləviləşdirilməsi istiqamətində görülməsi zəruri tədbirlər barədə danışılıb. AFFA rəsmiləri seminar çərçivəsində UEFA kubokunun oyununu da izləmək şansına malik olublar. Onlar noyabrın 6-da “Qettlib-Daymler” stadionunda keçirilmiş “Ştutqart” - “Partizan” (2:0) görüşünə baxıblar.
0