“Fənərbaxça” - “Qalatasaray” matçından sonra azarkeş bıçaqlanıb
10.11.2008 - 17:12
“Fənərbaxça” - “Qalatasaray” matçından sonra azarkeş bıçaqlanıb
Bakı. Kənan Həsənov - APA-Sport. Superliqanın X turu çərçivəsində keçirilən “Fənərbaxça” - “Qalatasaray” matçından sonra xoşagəlməz hadisələr yaşanıb. “APA-Sport”un məlumatına görə, oyun bitən kimi Türkiyənin müxtəlif şəhərlərində iki komandanın azarkeşləri arasında qalmaqal yaranıb.

Adanada baş verən toqquşma nəticəsində isə 14, 16 və 17 yaşında olan azarkeşlər müxtəlif bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriblər. İlkin müayinə zamanı yeniyetmə fanatların ciddi xəsarət almadıqları müəyyənləşib və onlara tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar.


0