Sərvətin sümüyü qırılıb
10.11.2008 - 17:31
Sərvətin sümüyü qırılıb
Bakı. Kənan Həsənov - APA-Sport. “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça”ya uduzan “Qalatasaray”da zədəli futbolçuların sırasına biri də əlavə olunub. “APA-Sport”un məlumatına görə, görüşün ikinci hissəsində Sərvət Çətin sıradan çıxıb.

Oyundan sonra xəstəxanaya çatdırılan müdafiəçinin almacıq sümüyünün qırıldığı müəyyənləşib. Dərhal cərrahiyə əməliyyatı keçirən Sərvət bir neçə gün xəstəxanada qalacaq. Onun bu səbəbdən komandasının növbəti oyununda meydana çıxacağı da sual altındadır.
0