Hollandiya yığmasının üzvü “Neftçi”də!
11.11.2008 - 10:27
Hollandiya yığmasının üzvü “Neftçi”də!
Bakı – APA-Sport. Son vaxtlar heyətində “təmizləmə əməliyyatı” aparılan “Neftçi” klubu heyətinə yeni futbolçular cəlb etməyə başlayıb. “APA-Sport”un məlumatına görə, dövrələrarası fasilədə paytaxt təmsilçisi bir neçə səviyyəli oyunçu ilə müqavilə bağlayacaq.

Artıq düşərgəyə qatılan legionerlərdən ikisi məlumdur. Bunlar rusiyalı Andrey Salnikovla türkiyəli Uğur Yıldırımdır. Andrey bir o qədər tanınan olmasa da, Yıldırım vaxtilə Hollandiyada “Qou Ehed”, “Herenven” və İngiltərədə “Blekbern” klubunun heyətində çıxış edib.

Üç il əvvəl Marko van Basten tərəfindən milli komandaya çağırılıb və İngiltərə ilə yoldaşlıq görüşündə meydana çıxıb. Amma bundan sonra yığmaya çağırılmayan türk futbolçu FİFA-ya müraciət edərək, həmin matçda iştirakının ləğv olunmasını və bununla Türkiyə milli komandasına dəvət olunacağını gözləyirmiş. Ali futbol qurumu Uğurun xahişini qəbul etsə də, Ərsun Yanalın vaxtında milli komandadan üz döndərən Uğuru heç bir məşqçi yığmaya dəvət etmədi.

23 yaşında “Herenven”in ən məhsuldar hücumçusu olan solaxay oyun qurucusu hətta “Qalatasaray”dan 4 milyon avroluq təklif alıb. Son üç ildə “Qaziantepspor”da 4 oyunda 1 qol vuran Yıldırım sonradan “Sivasspor”a keçib və bu komandada daha çox ehtiyatda qalıb.
0