Türkiyəli futbolçu ölüm ayağında
11.11.2008 - 11:25
Türkiyəli futbolçu ölüm ayağında
Bakı - APA-Sport. Türkiyə milli komandasının sabiq futbolçusu, Almaniyanın “Köln” klubunun üzvü Ümit Özat ölüm ayağındadır. “APA-Sport”un məlumatına görə, dünən gecə 32 yaşlı müdafiəçinin səhhəti qəflətən pisləşib. Ürək nahiyəsində problemləri olan oyunçu səhər saatlarında xəstəxanaya yerləşdirilib.

Həkimlərin yoxlaması zamanı Ümitin nəbzinin dəqiqədə 300 dəfə vurduğu müəyyənləşib. Tibbi personalın köməyi sayəsində az sonra onun nəbzi normallaşıb, səhhəti qismən yaxşılaşıb. Buna baxmayaraq, futbolçu evə buraxılmayıb, o, hələ bir müddət xəstəxanada müalicə olunmalıdır.

Qeyd edək ki, Özat bu il avqustun 29-da “Karlsrue” ilə səfər matçında da problemlə üzləşmişdi. Qarşılaşmanın 25-ci dəqiqəsində onun təzyiqi kəskin düşdüyündən qıc olmuşdu və dili qatlanmışdı. Oyunu yarımçıq dayandıran Ümit dərhal xəstəxanaya çatdırılmışdı.


0