“Xəzər-Lənkəran”: 1000 klub arasında 308-ci!
11.11.2008 - 11:39
“Xəzər-Lənkəran”: 1000 klub arasında 308-ci!
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Almaniyalı futbol statistikləri Avropa klublarının reytinq cədvəlini tərtib edib. “APA-Sport”un məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri “İnter” bu sıralamada 276-cı yeri tutur. Ötən mövsümün çempionunun reytinqi 1736,51-dir. Azərbaycan təmsilçiləri arasında ikinci olan “Xəzər-Lənkəran” 1727,10 xalla 308-ci pillədə qərarlaşıb. Avropada 709-cu olan “Neftçi” (1647,92) və 800-cü yerdə qərarlaşan “Bakı” (1634,36) da ilk “minlik”də yer alıb. Qitənin 3607 klubunun siyahısına isə 2123,70 xalla İngiltərənin “Mançester Yunayted” komandası başçılıq edir.





0