Deyvid de Souza da milliləşdirilir!
11.11.2008 - 13:37
Deyvid de Souza da milliləşdirilir!
Bakı - APA-Sport. “Fənərbaxça”nın braziliyalı futbolçusu Deyvid de Souza Türkiyə yığması məşqçilərinin maraq dairəsinə düşüb. “APA-Sport”un məlumatına görə, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim təcrübəli hücumçunun xidmətindən yararlanmaq niyyətindədir.

Deyvidin son vaxtlar nümayiş etdirdiyi oyun Terimin xoşuna gəlib. O, braziliyalı legionerin milliləşdirilməsi, ona Türkiyə vətəndaşlığı verilməsinin məqsədəuyğunluğunu bildirib. Terim deyib ki, hücumçunun yığmaya çox xeyri dəyə bilər: “Dünya çempionatında oynayacağımız təqdirdə, Deyvidin sayəsində komandamızı daha da gücləndirmiş olarıq”.

Qeyd edək ki, de Souza “Fənərbaxça”ya 2006-cı ildə Portuqaliya “Sportinq”indən transfer olunub. 29 yaşlı futbolçu “sarı-lacivərdlilər”in heyətində 86 matçda 30 dəfə fərqlənib.
0