“Qalatasaray” rəhbərliyində qalmaqal
11.11.2008 - 14:25
“Qalatasaray” rəhbərliyində qalmaqal
Bakı - APA-Sport. UEFA kubokunun qrup mərhələsi çərçivəsində noyabrın 6-da Lissabonda “Benfika” üzərində 2:0 hesablı qələbə qazanan “Qalatasaray” rəhbərliyində oyundan sonra narazılıq yaranıb. “APA-Sport”un məlumatına görə, qalmaqala Kassio Linkoln və Fernando Meyranın matçın ardından baş məşqçi Mixael Skibbedən icazə alaraq, səhər saat 5-dək Portuqaliya paytaxtında gəzmələri səbəb olub.

“Cim Bom” rəsmiləri Haldun Üstünəl və Adnan Sezgin komandanı təbrik etmək üçün otelə gələndə Linkoln və Meyranı burada görməyiblər. Legioner futbolçuların “Fənərbaxça” ilə prinsipial matç öncəsi etdikləri bu hərəkət klub nümayəndələrini qəzəbləndirib. Onların otelə qayıtmasını gözləyən Üstünəl hər iki oyunçunu danlayıb. Bundan başqa, klub rəsmiləri ilə baş məşqçi Skibbe arasında da ciddi narazılıq yaşanıb.


0