Koul karyerasını bitirdi
11.11.2008 - 15:24
Koul karyerasını bitirdi
Bakı - APA-Sport. İngiltərə yığmasının və “Mançester Yunayted” klubunun sabiq futbolçusu Endi Koul 37 yaşında peşəkar futbolçu karyerasının bitirib. “APA-Sport”un məlumatına görə, hücumçunun oynadığı sonuncu komanda İngiltərənin ikinci divizionunda mübarizə aparan “Nottingem Forest” olub.

Koul “Nottingem Forest”ə bu ilin yayında böyük ümidlərlə transfer olunmuşdu. Klub rəsmiləri məhz veteran futbolçunun köməyi sayəsində Premyer Liqaya qayıdacaqlarına inanırdılar. Lakin Endi cari mövsümdə cəmi 5 oyunda “Nottingem Forest”ə yardım edə bildi. Hazırda vəziyyəti ürəkaçan olmayan bu komanda 11 xalla 23-cü pillədə qərarlaşıb.

“Arsenal”, “Nyukasl”, “Mançester Siti”, “Fulhem” kimi klubların da formasını geyinmiş Koul məşqçilik fəaliyyətinə başlamaq niyyətindədir. Onun hansı klubda çalışacağı hələlik dəqiqləşməyib.
0