Cari mövsüm meydana neçə hakim çıxıb?
11.11.2008 - 15:38
Cari mövsüm meydana neçə hakim çıxıb?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. FİFA hakimi Babək Quliyev cari mövsümün ən yaxşı ədalət təmsilçisi adını qoruyur. “APA-Sport”un məlumatına görə, Premyer Liqa və ölkə kubokunun 9 oyununda meydana çıxan Quliyevin idarəçiliyi həmkarları ilə müqayisədə daha yüksək qiymətləndirilir. FİFA hakimi həm də hamıdan çox qarşılaşmalarda söz sahibi olmaqla da birincidir. Ümumilikdə isə, cari mövsümün baş tutan 69 çempionat və 20 kubok matçını 21 hakim idarə edib. Onlardan beşi cəmi bir dəfə şans qazanıb.

yer

hakim

orta qiymət

oyun

1

Babək Quliyev

8,12

9

2

Anar Niyazov

8,09

8

3

Fariz Yusifov

8,05

4

4

Rövşən Əhmədov

8,03

6

5

Elçin Səmədli

8,03

3

6

İmanxan Sultani

8,03

7

7

Zöhrab Qədiyev

8,00

7

8

Azad Mütəllimov

8,00

4

9

Fuad Həsənov

8,00

2

10

Əfqan Həmzəyev

7,98

6

11

Anar Salmanov

7,98

5

12

Elçin Məmmədov

7,98

5

13

Vüsal Əliyev

7,93

8

14

Rasim Məmmədov

7,93

4

15

Əmrah İbrahimov

7,90

1

16

Ramil Diniyev

7,90

1

17

Zahid Musayev

7,90

1

18

Elnur Muradov

7,80

1

19

Ceyhun Haşımov

7,67

3

20

Hacıəli Agayev

7,60

3

21

Samir Hüseynov

7,00

1




0