Mutu çaxır satır
11.11.2008 - 16:05
Mutu çaxır satır
Bakı. Kənan Həsənov - APA-Sport. Rumıniya yığmasının və İtaliyanın “Fiorentina” klubunun hücumçusu Adrian Mutunun ticarət işləri də qaydasında gedir. “APA-Sport”un məlumatına görə, istedadlı futbolçu çaxır istehsalı ilə gündəmə düşüb.

Şərəfini qoruduğu komandalarda 10 nömrəli forma geyinən Mutuya məxsus zavodda istehsal edilən çaxır da “10” adlanır. Qısa müddət ərzində İtaliyada 6 min butulkadan çox çaxır satılıb. Hər bir butulkanın qiyməti isə 11 avroya bərabərdir.
0