“Qalatasaray”ın növbəti antirekordu
11.11.2008 - 16:50
“Qalatasaray”ın növbəti antirekordu
Bakı. Aqşin Əliyev - APA-Sport. “Qalatasaray” klubu növbəti antirekord müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, “sarı-qırmızılılar”ın arxa xətti bu mövsümdə ən zəif nəticələrindən birini göstərib.

Məslə burasındadır ki, İstanbul təmsilçisi çempionatın 10 turu ərzində qapısından 15 qol buraxıb. Axırıncı dəfə belə hala 1959-cu ildə rast gəlinib. O vaxtdan indiyədək rəqib komandalar çempionatın ilk 10 oyununda “Qalatasaray”ı maksimum 14 dəfə cəzalandırıblar (1966/1967 və 2006/07 mövsümlərində).

Buna baxmayaraq, “Cim Bom” vurulan qolların sayına görə Superliqanın lideridir. Yarış cədvəlində 17 xalla 5-ci yeri tutan Mixael Skibbenin yetirmələri 23 dəfə fərqləniblər.
0