Əziz Yıldırım yenə prezident seçildi
11.11.2008 - 17:54
Əziz Yıldırım yenə prezident seçildi
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Türkiyə Superliqasında mübarizə aparan klubların rəhbərlərinin toplantısı keçirilib. “APA-Sport”un məlumatına görə, tədbirdə “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım Klublar Birliyində (KB) də eyni postu tutub.

Yıldırım səs çoxluğu ilə ikinci dəfə KB-nin prezidenti seçilib. Təcrübəli klub rəsmisi 2009-cu ilin noyabrınadək bu postu tutacaq.

Qeyd edək ki, Əziz Yıldırım 2007-ci ildə bu vəzifədən istefa verən “Qalatasaray” klubunun sabiq prezidenti Özhan Canaydını əvəzləyib.
0