Doqquz milyonluq futbolçu Bakıya gəlir
11.11.2008 - 17:56
Doqquz milyonluq futbolçu Bakıya gəlir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakıya doqquz milyon funt-sterlinq qiyməti olan futbolçu gəlir. “APA-Sport”un məlumatına görə, noyabrın 19-da Bakıda keçiriləcək yoxlama oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq Albaniya yığmasının yarımmüdafiəçisi Lorik Kananın keçidi üçün doqquz milyon funt-sterlinq təklif olunub.

İngiltərənin “Everton” klubunun baş məşqçisi Devid Moyes Fransa “Marsel”ində çıxış edən futbolçunu komandasında görmək arzusundadır. 2000-ci ildə Fransaya yollanan Lorik 5 il PSJ-də çıxış etdikdən sonra, 2005-ci ildən “Marsel”də çıxış edir.

Moyes Rusiya MOİK-inin heyətində “Neftçi”yə qarşı oyunda debüt edən Vaqner Lavı da sərəncamında görməyin tərəfdarıdır. İngilislər braziliyalı üçün daha çox 12 milyon funt-sterlinq ödəməyə hazırdır.


0