Roberto Karlos burnunun böyük olmasından narahatdır
11.11.2008 - 18:33
Roberto Karlos burnunun böyük olmasından narahatdır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fənərbaxça” klubunun müdafiəçisi Roberto Karlos Türkiyə Superliqasında hər qarşılaşmaya 5 dəst forma ilə çıxır. “APA-Sport”un məlumatına görə, oyun ərzində rəqib futbolçular təxminən beş dəfə braziliyalının formasını istəyirlər.
4 qadından 7 övladı olan Karlos isə özündə ən çox nədən xoşlamadığını etiraf edib. Sən demə, dünya çempionu 1,67 metrlik boyundan yox, burnundan narahat imiş. Robertonun fikrincə, burnu bir qədər böyükdür.


0