Löv yeni işə düzəldi
11.11.2008 - 18:51
Löv yeni işə düzəldi
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yeni işə düzəlib. “APA-Sport”un məlumatına görə, 47 yaşlı mütəxəssis turist şirkətində rəsmi müşavir vəzifəsini alıb. Löv müştərilərə məzuniyyəti hansı ölkədə keçirməklə bağlı məsləhətlərini verəcək. O, bununla bağlı reklam rolikində çəkilmək üçün Yunanıstana yollanacaq. Almaniya yığmasının çalışdırıcısı yeni işində nəzərdə tutulan üç illik müqaviləyə görə milyonlarla qonorar alacaq.
Qeyd edək ki, Lövün iştirakı ilə ilk film artıq Almaniya televiziyasında göstərilib.
0