Ramin Musayev sponsor tapdı
11.11.2008 - 18:53
Ramin Musayev sponsor tapdı
Bakı. Kənan Həsənov - APA-Sport. İkinci dövrədən etibarən Azərbaycan Premyer Liqasının baş sponsoru olacaq. “APA-Sport”un məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib.
Musayev hazırda imkanlı təşkilatlardan biri ilə sponsorluq müqaviləsinin bağlanılması istiqamətində danışıqlar aparıldığını bildirib. Razılaşma əldə ediləcəyi təqdirdə, həmin şirkət oyunlar zamanı reklam olunacaq. PFL isə bunun əvəzində müəyyən məbləğdə vəsait ödəyəcək.

mənbə: lent.az



0