Fariz Yusifov “sürgündən” qayıtdı
12.11.2008 - 11:03
Fariz Yusifov “sürgündən” qayıtdı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının XI turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. “APA-Sport”un məlumatına görə, ötən tur olduğu kimi, bu dəfə də mərkəzi qarşılaşma Anar Niyazova tapşırılıb. Noyabrın 9-da keçirilən “Xəzər-Lənkəran” - “İnter” matçının hakimi bu dəfə çempionunun iki ən yaxın izləyicisini – “Simurq”la “Bakı”nı meydana çıxaracaq. Bu, Niyazovun Zaqatalaya ikinci səfəridir. Zaqatala stadionunda ilk fit çalan hakim “Simurq”un “Karvan”la ev görüşünü də idarə etmişdi. Niyazov “Bakı”nı da bir dəfə - “Xəzər-Lənkəran”la qarşılaşmada meydana çıxarıb.

Turun digər iki prinsipial qarşılaşması FİFA hakimlərinə həvalə olunub. Mövsümdə 10-cu oyununu idarə edəcək Babək Quliyev “İnter”in “Qarabağ”la görüşündə fit çalacaqsa, beş oyunluq cəzadan sonra Premyer Liqaya qayıdan Fariz Yusifov “Neftçi” – “Karvan” qarşılaşmasında ədaləti qoruyacaq.

Yusifov 7-ci turun oktyabrın 4-də keçirilən “Bakı” – “Olimpik” matçındakı idarəçiliyinə görə Hakimlər Komitəsi tərəfindən cəzalanmışdı.

15 noyabr, şənbə

"Qəbələ" - "Xəzər Lənkərən". Baş hakim: Zöhrab Qədiyev

"Turan" - "Standard". Baş hakim: Rövşən Əhmədov

"Neftçi" - "Karvan". Baş hakim: Fariz Yusifov

"İnter" - "Qarabağ". Baş hakim: Babək Quliyev

16 noyabr, bazar

"Simurq" - "Bakı".
Baş hakim: Anar Niyazov

"Muğan" - "Olimpik". Baş hakim: Vüsal Əliyev

MOİK - "Bakılı". Baş hakim: Anar Salmanov


mənbə: pfl.az


0