“Qalatasaray” legionerlərini cəzalandırır
12.11.2008 - 12:03
“Qalatasaray” legionerlərini cəzalandırır
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi Kassio Linkolnla Fernando Meyraya verəcəyi cəzanı müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, hər iki futbolçu komandanın xəzinəsinə 10 min ABŞ dolları məbləğində pul ödəyəcəklər.

Legionerlərin cəzalanmasına onların Portuqaliyada nizam-intizam qaydalarını pozması səbəb olub. Belə ki, adıçəkilənlər UEFA kubokunun qrup mərhələsi çərçivəsində “Benfika” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra komandanın düşərgəsini tərk ediblər. Gecə klubunda əylənən cütlük yalnız səhərə yaxın otelə qayıdıblar. “Fənərbaxça” ilə derbi öncəsi baş verən bu hadisədən digər futbolçular da narazı qalıblar.

Qeyd edək ki, Linkonla Meyra tutduqları hərəkətə görə üzr istəsələr də, rəhbərlik onları cəzalandırmaqla digər futbolçuları belə addımlardan çəkindirmək istəyir.
0