“Bakı” Burundidən futbolçu gətirir
12.11.2008 - 13:57
“Bakı” Burundidən futbolçu gətirir
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Dövrələrarası fasilədə heyətini daha da gücləndirmək niyyətində olan “Bakı” klubu baxışa iki futbolçu dəvət edib. “APA-Sport”un məlumatına görə, hücum xəttində rəqabəti artırmaq niyyətində olan paytaxt təmsilçisi Afrikadan olan iki oyunçu ilə danışıqlara başlayıb. Baxışdan keçməli olan hücumçular yaxın müddətdə komandanın düşərgəsinə təşrif buyuracaq. Seneqal və Burundidən olan, adları hələ açıqlanmayan futbolçulardan birinin 21, digərinin 20 yaşı var. Burundidən olan hücumçu bəyəniləcəyi halda, ölkəsinin Azərbaycanda top qovan ilk təmsilçisi olacaq.
Gənclərə güvənən “Bakı” daha bir yerli futbolçu ilə müqaviləni artıq rəsmiləşdirib. Azərbaycanın yeniyetmələrdən ibarət milli komandaları üçün milliləşən Andrey Popoviç
yaxın günlərdə məşqlərinə qatılmaq üçün Almaniyanın “Ayntraxt” klubuna gedəcək. Qeyd edək ki, “Bakı” milliləşmək üçün təklif olunan makedoniyalı qapıçı Nikola İlioskini də heyətinə qatmışdı.


0