Premyer Liqada rüşvət qalmaqalı
12.11.2008 - 16:12
Premyer Liqada rüşvət qalmaqalı
Bakı. Kənan Həsənov - APA-Sport. Dünyanın ən bahalı futbol çempionatı ünvanına sahib olan İngiltərə Premyer Liqası qalmaqalla sarsılıb. “APA-Sport”un məlumatına görə, artıq hüquq-mühafizə orqanları rüşvət iddiası ilə təhqiqata başlayıblar.

Bir müddət öncə “Portsmut” klubunu “Tottenhem”ə dəyişən Harri Rednapın da daxil olduğu səkkiz nəfərdən ibarət qrup dindirilib. Amma onlar bu işdə günahkar olmadıqlarını bildiriblər. London polisi hazırda 2003-cü ildə Fransanın “Oser” klubundan “Portsmuta”, ordan da 2005-ci ildə “Nyukasl”a keçən Amdi Foyenin transfer sənədlərini araşdırır. İddiaya görə, məhz bu keçid zamanı rüşvət və pul yeyintisi halları baş verib.

Bununla yanaşı, “Birmingem” klubunun iki rəsmisi də 2003-cü ildə menecerlərə ödəmələr zamanı qanun pozuntularına yol verdikləri üçün istintaqa cəlb ediliblər.


0