Azərbaycan - Albaniya görüşünə gürcü hakimlər!
12.11.2008 - 16:21
Azərbaycan - Albaniya görüşünə gürcü hakimlər!
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Noyabrın 19-da baş tutacaq Azərbaycan - Albaniya görüşünün hakimləri Gürcüstandan olacaq. AFFA Tofiq Bəhramov adına stadionda keçiriləcək yoldaşlıq oyununu idarə etmək üçün Gürcüstan Futbol Federasiyasına (GFF) müraciət edib. Öz növbəsində GFF də ölkəmizə göndərdiyi hakimləri müəyyənləşdirib.

Belə ki, GFF-nin Hakimlər Komitəsinin sədri Amiran Kaçaxidze “APA-Sport”a açıqlamasında bildirib ki, matçı beynəlxalq dərəcəli hakimlər idarə edəcək: “Oyunun baş hakimi FİFA referisi Laşa Silaqava olacaq. 32 yaşlı Laşa ölkəmizin ən perspektivli hakimlərindəndir. Ona FİFA hakim köməkçiləri Zurab Jvaridze və Quram Çiqoqidze yardımçı olacaq. Ehtiyat hakim və hakim-inspektorun Azərbaycandan olması nəzərdə tutulub. Federasiyamızın AFFA ilə qarşılıqlı əməkdaşlıqla bağlı müqaviləsi var. Həmin anlaşmaya əsasən, FİFA hakiminiz Vüsal Əliyev yığmamızın yoldaşlıq görüşünü idarə etmək üçün briqadası ilə birlikdə Tiflisə gəlmişdi. Biz də şadıq ki, bunun qarşılığını verə bilirik. Hakimlərimiz noyabrın 19-da təyyarə ilə Bakıya yollanacaq”.

Qeyd edək ki, indiyədək yığmamızın Bakıda keçirdiyi oyunları gürcü hakimlər idarə edib. Bu, 2004-cü il noyabrın 17-də Bolqarıstan və 2006-cı il aprelin 12-də Türkiyə ilə görüşlərdə fit çalan FİFA hakimi Levan Paniaşvilidir.









0