Nikolov Rumıniyaya gedir
12.11.2008 - 17:26
Nikolov Rumıniyaya gedir
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov Rumıniyaya gedir. Bu haqda “APA-Sport”a məlumat verən Nikolov bildirib ki, Buxarestə səfərində əsas məqsəd Beynəlxalq Xüsusi Olimpiya Komitəsinin (BXOK) tədbirində iştirak etməkdir: “Bir ildir Azərbaycan Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüyəm. Buxarestdə keçirilən konfransda iştirakım bununla bağlıdır. Orada zehni qüsuru olan idmançılarla bağlı keçiriləcək yarışlar, gələcək planlar müzakirə olunacaq. Konfrans üç gün davam edəcək və həftəsonu Bakıya qayıdacağam”.
Nikolov onu da bildirib ki, dekabrın 1-dən 3-dək əlillər günü ilə əlaqədar “Şəfa” stadionunda futbol turniri keçiriləcək. Bu yarışda ölkəmizin müxtəlif bölgələrindən 12 kişi və 12 qadın komandanın iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Nikolov ötən il BXOK-un dəvəti ilə Çinin Şanxay şəhərində keçirilən tədbirdə fəxri qonaq qismində iştirak edib.
0