Deyvid De Souza Türkiyə yığmasından dəvət gözləyir
12.11.2008 - 18:00
Deyvid De Souza Türkiyə yığmasından dəvət gözləyir
Bakı. Kənan Həsənov - APA-Sport. “Türkiyə yığmasında oynamaq mənim üçün çox böyük sevinc və qürur məsələsi olar. Amma bu, sadəcə, mənim istəyimdən asılı deyil”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça” klubunun braziliyalı legioneri Deyvid De Souza söyləyib.

Türkiyə yığmasında oynamağa hazır olduğunu bildirən yarımmüdafiəçi federasiya rəhbərliyinin və baş məşqçi Fatih Terimin dəvətini gözlədiyini bildirib. O, bu məsələdə milli komanda üzvlərinin mövqeyinin də önəmli olduğunu vurğulayıb.
0