3,7 milyon avroluq Azərbaycan yığması
12.11.2008 - 18:42
3,7 milyon avroluq Azərbaycan yığması
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın futbol yığmasının dəyəri 3,7 milyon avroya bərabərdir. “APA-Sport”un məlumatına görə, bu barədə Almaniya mətbuatında qeyd olunub.

Məbləğ hesablanarkən milli komandanın 14 üzvünün transfer qiyməti nəzərə alınıb. Azərbaycan yığması bu göstəricidə Avropa milli komandaları arasında 47-ci yeri tutub.

Planetin ən dəyərli yığması isə 419 milyon avro ilə sonuncu Avropa çempionu İspaniya olub. Fransa (346 milyon) ikinci, İngiltərə (336,5 milyon) üçüncü yeri tutub.

Milli komandamızın dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərinin sıralamadakı mövqeləri isə belədir: 7. Almaniya (222 milyon), 8. Rusiya (150,4 milyon), 29. Uels (43 milyon), 33. Finlandiya (35,7 milyon), 46. Lixtenşteyn (4,1 milyon).

Mənbə: www.transfermarkt.de
0