Subaşiç debüt etdi
12.11.2008 - 18:43
Subaşiç debüt etdi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin çıxış etdiyi “Srvena Zvezda” klubu Serbiya kubokunun ¼ finalına vəsiqə qazanıb. “APA-Sport”un məlumatına görə, Belqrad təmsilçisi bu gün keçirilən 1/8 final matçında ÇSK “Pivare”ni 2:0 hesabı ilə məğlub edib. 26 yaşlı hücumçunun komandası bir oyundan ibarət mərhələnin görüşünü səfərdə keçirib. Subaşiç qarşılaşmanın 59-cu dəqiqəsində meydana daxil olub. Bu, Branimirin “Srvena Zvezda” komandası ilə Serbiya kubokunda debütü olub. Belə ki, hücumçu “Lav kuboku”nun 1/16 finalında “Radniçki”yə qarşı görüşdə forma geyməmişdi.
Qeyd edək ki, ¼ final mərhələsinin oyunları 2009-cu ildə keçiriləcək.





0